İdman veteranlarına yardım edildi - FOTO

01:40 24-05-2020 580

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin 30-dan artıq könüllüsünün iştirakı ilə Bakı şəhəri və Bakı ətrafı qəsəbələrdə yaşayan 70-dən artıq idman veteranına yardım göstərilib.

HerGun.Az xəbər verir ki, yardım göstərilənlər sırasında Yaşar Məmmədov, Rafiq Məlik-Yeqanov, Tofiq Babanlı, Lyudmila Şubina, Rəfiqə Şabanova, Elxan Əliyev, Camal Yaqubov, Şahmar Mustafayev, Məryəm Bağbanlı, Yaqub Məmmədov, İsmayıl Əbdülqədir, Elmira Hüseynova, Züleyxa Hacıyeva və digər veteran idmançılar olub.