Yazarı “Harri Potter”in “doğulduğu yeri” göstərdi - FOTO

07:20 24-05-2020 468

Britaniyalı yazar Coan Roulinq “Harri Potter” kitab seriyasını harada yaratdığını açıqlayıb.

Məşhur yazıçı bunu “Twitter” hesabında bildirib.

“Əgər siz “doğum yeri”ni mənim ilk dəfə qələmlə vərəqə toxunduğum yer kimi qəbul edirsinizsə, bura “Harri Potter”in əsl doğum yeridir”, - Londonda yerləşən bir evin fotosunu paylaşan C.Roulinq bildirib.

Onun sözlərinə görə, məşhur hekayənin ilk sətirləri buradakı kirayə mənzildə yazılıb.