Polşa Futbol Federasiyası qarşılaşmalara azarkeşlərin buraxılmasını tələb etdi

05:00 26-05-2020 389

Polşa Futbol Federasiyasının sədri Zbiqnev Bonek hökumətdən mayın 29-da bərpa olunacaq çempionatın oyunlarına azarkeşlərin buraxılmasını tələb edib.

Bu barədə federasiya sədri yerli “Przeglad Sportowy” qəzetinə açıqlama verib.

“Hamımız normal vəziyyətə qayıtmaq istəyirik. Alış-veriş mərkəzlərini, restoranları, park və bağları açdıqdan sonra stadionları da aça biləcəyimiz fikri ağlıma gəlir. Federasiyamız bununla bağlı qaydaları nəzərdə tutan xüsusi proqram hazırlayıb. Həmin layihəni baş nazirimizə təqdim etdim. Əgər qəbul etsələr, çempionatı azarkeşlərlə birlikdə tamamlayacağıq.

Minə yaxın azarkeşin sponsorları yenidən stadionlara çəkəcəyini düşünürəm. Hazırda ən vacib olan təhlükəsizliyimizdir. Hazırladığımız bu layihənin zəruri tədbirləri ehtiva etdiyinə inanıram”, - federasiya sədri bildirib.