İspaniyada dəniz sahillərindəki turistlərə xüsusi sensorlar nəzarət edəcək

06:00 26-05-2020 319

İspaniyada xüsusi sensorlar vasitəsilə insanların çimərlikdə istirahəti dörd saatla məhdudlaşdırılacaq.

Bu barədə “The Sun” məlumat yayıb.

Sözügedən tədbir dəniz sahilində istirahət edənlərin, eyni zamanda, dənizdə olanların sayını azaltmağa imkan verəcək və koronavirusa yoluxma ehtimalını aşağı salacaq.

Dəniz sahilində istirahət edənlərin sayını izləməyə xüsusi sensorlar kömək edəcək. Bu qurğular işıq dirəklərində quraşdırılacaq və dənizə gələn ziyarətçilərə nəzarət edəcək. Bundan sonra turistlərin smartfonlarına hansı çimərliklərdə insanların daha sıx olması barədə məlumat ötürüləcək.