Acun Ilıcalı “Instagram”da dünya rekordunu yenilədi - FOTO

10:40 26-05-2020 494

Türkiyənin “TV8” telekanalının sahibi, məşhur prodüser və aparıcı Acun Ilıcalının “Instagram” hesabından açdığı canlı yayımı üç milyondan artıq istifadəçi izləyib.

“HaberGlobal”ın məlumatına görə, bununla da Acun Ilıcalı dünya rekordu müəyyənləşdirib.

Teleaparıcı ötən gün saat 23:30-da açdığı canlı yayıma iki dəqiqə ərzində üç milyon izləyici toplaya bilib. Bununla da əvvəlki iki milyonluq göstəricini geridə qoyub və yeni dünya rekordunu təyin edib.

Xatırladaq ki, buna qədər “Instagram”da ən çox izlənən canlı yayım məşhur reper Daniel Hernandesə (Tekaşi69) məxsus olub. 24 yaşlı reperin həbs cəzası barədə danışdığı canlı yayımı iki milyondan artıq istifadəçi izləmişdi.