Gizlətməyə çalışdığı əli Kadırovun sirrini açdı - VİDEO

01:20 28-05-2020 467

Qeyri-rəsmi məlumatlara görə, bir müddət xəstəxanada yatan Çeçenistan prezidenti Ramzan Kadırovun əlində kateter görünüb.

Bu barədə kadrlar “Novaya qazeta”nın “YouTube” kanalında yayımlanıb.

Video “Qroznı” dövlət televiziyası tərəfindən Çeçen Operativ Qərargahın iclasında çəkilib. Kadrlar əvvəl telekanalın “Instagram” hesabında paylaşılsa da, az sonra silinib.

Süjet boyu Kadırovun sağ əlini masanın altında gizlədərək, göstərməməyə çalışması görünür, ancaq hansısa anda hər şeyi unudaraq əlini qaldırır. Bu vaxt onun sağ əlində krater kadra düşüb.

“Novaya qazeta”nın məlumatına görə, süjetdə çeçen lider ağır xəstəliyi ayaq üstə keçirmiş şəxs təsiri bağışlayıb: Onun üzü solğun və şiş olub. Arıqlamış dövlət başçısında həmçinin təngənəfəslik və zəilik müşahidə edilib.