Bakıda qonşuların davasını ayırmaq istəyən şəxs bıçaqlandı

23:20 29-05-2020 523

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, qonşuları arasında düşən davanı ayırmaq istəyən 1981-ci il təvəllüdlü Hafizov Fuad Mürsəl oğlu bıçaq zərbəsi alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ saidin arxa səthinin kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.