La Liqanın yenidən başlayacağı dəqiq tarix açıqlandı

06:20 30-05-2020 394

COVID-19 pandemiyası səbəbindən dayandırılan İspaniya çempionatının (La Liqa) başlama tarixi açıqlanıb.

HerGun.Az xəbər verir ki, bu barədə La Liqa rəhbərliyi, İspaniya Ali İdman Konseyi və Futbol Federasiyası ortaq qərara gəliblər.

Yekun nəticəyə əsasən, çempionat iyunun 11-də start götürəcək.

Bərpa olunacaq çempionatın ilk qarşılaşmasında “Sevilya” ilə “Betis” komandaları üz-üzə gələcək.

Vəziyyətin gedişinə görə çempionatın 18-19 iyulda bitməsi planlaşdırılır.

Qalan 11 həftənin qarşılaşmaları həm həftəiçi, həm də həftə sonu oynanılacaq.