Rusiya klubu azərbaycanlı futbolçu ilə müqaviləni yenilədi

17:20 30-05-2020 355

Rusiyanın “Ufa” klubu mayın 31-də müqaviləsi başa çatan bütün futbolçuları ilə mövsümün sonuna qədər yeni müqavilə bağlandığını açıqlayıb.

Bu barədə klubun “Twitter” hesabında məlumat yerləşdirilib.

Klub doqquz futbolçu – müdafiəçilər Danil Kruqovoy, Aleksandr Putsko, Denis Terentyev, Boyan Yokiç, Aleksey Nikitin, Aleksandr Suxov və Pavel Alikin, həmçinin yarımmüdafiəçilər Dmitri Sısuyevl və azərbaycanlı Azər Əliyevlə müqavilənin müddətini uzadıb.