Rusiyanın bölgədəki fəaliyyətindən narahat olan ABŞ Tunisə hərbi qüvvə göndərir

02:00 31-05-2020 388

ABŞ Rusiyanın Liviyadakı fəaliyyətindən narahat olaraq Tunisə qoşun göndərməyi planlaşdırır.

“İnterfaks” bu barədə ABŞ-ın Afrikadakı komandanlığına istinadla xəbər yayıb.

“Rusiya Liviya münaqişəsini alovlandırmağa davam etdiyi müddətdə Şimali Afrikada regional təhlükəsizlik çox ciddi narahatlıq doğurur.

Tunislə qarşılıqlı təhlükəsizlik problemlərini həll etmək üçün yeni yolları, o cümlədən təhlükəsizlik komandamızdan istifadə etməyi nəzərdən keçiririk”, - deyə, komandanlıqdan bildirilib.