Deputat Sumqayıtda yeni zavod tikilməsini təklif etdi

11:40 31-05-2020 307

“Sumqayıt daha dinamik inkişaf edən bölgəyə çevrilsə də, şəhərdə müəyən problemlər hələ də qalır”. 

HerGun.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Müşfiq Məmmədli deyib. 

O bildirib ki, Sumqayıtın iqtisadi cəhətdən inkişaf etməsi orada ekoloji problemlərin yaranmasına səbəb olur:

“Belə ki, orada məişət tullantıları böyük ekoloji problemlərə gətirib çıxarır ki, bu da insanların haqlı narazılığına səbəb olur”, - deyə M.Məmmədli əlavə edib. 

Millət vəkili təklif edib ki, Sumqayıtda tullantıların emal edilməsi zavodunun yaradılması istiqamətində addım atılsa, problem həllini tapar. 

Aqşin Kərimov