Binəqədi sakinlərinin ŞİKAYƏTİ: “Dözülməz qoxudan evdə oturmaq mümkün deyil” - VİDEO

12:20 31-05-2020 391

Binəqədi rayonunda sakinlər antisanitar vəziyyətdən narazıdır.

HerGun.Az xəbər verir ki, söhbət Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, döngə 3, ev 5 ünvanında yerləşən binadan gedir.

Vətəndaş iddia edir ki, binanın birinci və ikinci blokunun zirzəmisi çirkab suları ilə dolub-daşır:

“Zirzəmidə su boruları və kanalizasiya xətləri tam yararsız vəziyyətdədir. Gün ərzində bir-iki saat su verilir, çirkab sular zirzəmiyə tökülür. Dəfələrlə Binəqədi rayonu Su-kanal İdarəsinə və qəza xidmətinə məlumat verməyimizə baxmayaraq, məsələyə baxan yoxdur. Bərbad qoxudan evdə oturmaq mümkün deyil. Ağcaqanad, milçək əlindən pəncərələri aça bilmirik”.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən HerGun.Az-a verilən məlumata görə, sözügedən ünvanda yerləşən yaşayış binası xüsusi təyinatlı tikilidir:

“Bu səbəbdən bina ərazi üzrə İcra Hakimiyyətinin və Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeliyində deyil. Buna baxmayaraq, tərəfimizdən aidiyyəti üzrə qurumlara məlumat verilib. Təlimatlar üzrə həmin ünvanda problemin həll olunması istiqamətində tədbirlər görüləcək”.

Könül Cəfərli