Azərbaycanda çimərlik voleybolu üzrə çempionat keçirilə bilər - Plan hazırlanacaq

13:00 31-05-2020 383

Nazirlər Kabineti yanında operativ qərargah iyunun 1-dən Azərbaycanda açıq məkanda idman yarışlarının keçirilməsinə icazə verib.

HerGun.Az xəbər verir ki, bu səbəbdən yaxın günlərdə çimərlik voleybolu üzrə Azərbaycan çempionatı keçirilə bilər.

Qapalı məkanda keçirilən klassik voleyboldan fərqli olaraq, həmin yarışlar dəniz kənarında, hər komandadan iki idmançının iştirakı ilə baş tutur. Buna görə də, çimərlik voleybolu üzrə yarış keçirilərkən koronavirusa yoluxma riski çox deyil.

Bəs Azərbaycan Voleybol Federasiyası bu haqda nə düşünür?

Federasiyadan verilən məlumata görə, məsələ ilə bağlı toplantı keçiriləcək:

“Həm idmançılar, həm də məşqçilərlə görüş keçirməyi planlaşdırırıq. Həmçinin, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ilə bu istiqamətdə danışıqlar aparacağıq. Onlarla bu məsələləri razılaşdırdıqdan sonra müəyyən plan hazırlanacaq”.

Səbuhi Musayev