Bakıda maşın məşhur mağazaya çırpıldı - VİDEO

14:00 31-05-2020 478

Bakıda maşın məşhur mağazaya çırpılıb.

Qafqazinfo-nun verdiyi xəbərə görə, hadisə “Soliton” mağazalar şəbəkəsinin Məhəmməd Hadi küçəsində yerləşən filialında baş verib.

99 HC 885 dövlət nömrə nişanlı, “Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirərək, yoldan çıxıb və yol kənarında yerləşən mağazanın şüşəsini sındırıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.