Azərbaycanda şəhərdə gəzən ayını yatırda bilmədilər, maraqlı üsulla tutdular - VİDEO

15:40 31-05-2020 414

Şəki şəhərinin mərkəzində görüntülənən qonur ayını xüsusi keyidici iynə ilə yatırtmaq mümkün olmayıb. 

HerGun.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. 

Ətrafdakıların köməyilə ayı xüsusi kəndirlə avtomobilin yük yerinə salınıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Şəkidə görüntülənən ayı təhlükəli anlara səbəb olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakıdan Şəkiyə ezam olunmuş əməkdaşları ayını Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparıblar.