İki il öncə toy edən azərbaycanlı müğənni qəzəbləndi: “Elnarənin 500 manatına ehtiyacım yoxdur” - VİDEO

16:40 31-05-2020 690

“Həmkarım Elnarə Xəlilovanın həyat yoldaşı Rövşən Cahangirovu tanıyıram. Salam verdiyim insandır. Onun bu hərəkətindən və müsahibəsindən çox əsəbiləşdim. Yenə də Rövşən gözümün önünə gəldi, susdum və çox şey danışmadım. Elnarədən ünvanıma bu sözləri eşitmək istəməzdim. Təəssüf etdim”.

HerGun.Az xəbər verir ki, bu sözləri müğənni Yaşar Cəlilov “ATV Maqazin 10larla” proqramında iki il əvvəl toyuna gəlib, gəlini görməmiş məclisi tərk edən həmkarı Elnarə Xəlilova barədə verdiyi müsahibəsində deyib.

Xanım həmkarının toyunu yarımçıq tərk etdiyinə qəzəblənən Yaşar iki ildən sonra od püskürüb:

“Gərək Elnarə o sözləri deməzdi. Toyuma gəlməyə bilərdi. “Bu məsələyə görə toyuna gəlmirəm” mesajını yaza bilərdi. Elnarənin də, mənim də 100 və ya 500 manata ehtiyacımız yoxdur. Bu söhbətdən sonra bir-birimizlə danışmamışıq. Onun zəngini gözləmirəm, mən də zəng etmirəm. Nə zamansa üz-üzə gələcəyik. Görüşəndə istəmirəm ki, bu söhbəti yenidən açsın. Oldu, keçdi”.

Müğənni toyuna çağırdığı həmkarlarından gileylənib, iç üzlərini açıb, efir vasitəsi ilə onları rüsvay etdi:

“Kim məni toyuna, məclisinə çağırıbsa, hamısında iştirak etmişəm. Onları toyuma dəvət edəndə “gəlirəm” sözünü elə söylədilər ki, sanki bunlardan borc istəmişəm. Siyahıda 750 qonağın adı var idi. Amma 350 nəfəri toyuma dəvət etdim. 350 nəfərdən cəmi 270 qonaq gəldi. Digərləri gəlmədi.

Şou əhlinin üzvlərindən biri toya pul saldığı konvertin üzərinə yazıb: “Bu nə deməkdir, toyda bəyin valideynləri və gəlini yoxdur?” Sən toya Yaşara görə gəlmisən, gəlinə görə yox.

Elnarənin açıqlamalarından sonra konvertləri bir-bir açıb görürəm ki, sənət yoldaşlarım ürək sözlərini yazıb. Fərda Xudaverdiyev “çalış xoşbəxt ol”, Rüfət Axundov isə “Ac getdim” sözlərini yazmışdı. Yəqin toyda Rüfətin ağız dadına uyğun yemək olmayıb. Pulun miqdarını yazıb, adını yazmayanlar, adını yazıb, pul qoymayanlar da var idi”.

Rəşad Əliyev