ABŞ-da iğtişaşlar davam edir: Qarət, xaos, insanlar qorxu içində - ÖZƏL GÖRÜNTÜLƏR

19:20 31-05-2020 544

ABŞ-ın Minneapolis şəhərində polis zorakılığı nəticəsində afroamerikalının qətlə yetirilməsindən sonra başlanan iğtişaşlar davam edir.

HerGun.Az xəbər verir ki, Corc Floydun öldürülməsinə etiraz edən insanlar ölkənin müxtəlif hissələrində mağazaları və digər obyektləri talayırlar.

Qeyd edək ki, kütləvi iğtişaşlar zamanı bir nəfər ölüb, çox sayda etirazçı polis tərəfindən saxlanılıb.

Ölkənin 25 şəhərində komendant saatı tətbiq edilib.