“Honda” texniki nasazlığa görə yüzminlərlə avtomobili geri çağırdı

22:40 31-05-2020 753

Yaponiyanın tanınmış avtomobil istehsalçısı olan “Honda” Çin bazarında satdığı 774 min avtomobili yanacaq çənindəki nasazlıqlara görə geri çağırır.

Xarici KİV-də yayılan məlumata görə, geri çağırılan avtomobillər 2018-ci ilin iyul-dekabr ayında istehsal edilən “Acura”, “Greiz”, “Gienia”, “Civic” və “Spirior” modelləridir.

Bildirilir ki, nasaz detallar “Honda”nın Çindəki müştərək müəssisələri olan “GAC Honda” və “Dongfeng Honda” tərəfindən yoxlanılacaq və ehtiyac olacağı təqdirdə dəyişdiriləcək.