Türkiyədə koronavirusla bağlı son vəziyyət: Ölən və sağalananların sayı artıb

23:00 31-05-2020 316

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayında artım olub.

HerGun.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

“Twitter” səhifəsindən açıqlama verən nazir bildirib ki, bu gün daha 25 nəfər ölüb.

Koca həmçinin qeyd edib ki, son 24 saatda 35600 şübhəli koronavirus testindən keçib, onlardan 839-nun cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4540 nəfər ölüb, 163942 nəfər bu infeksiyaya yoluxub, 127973 nəfəri isə müalicə olunub.

Bu gün 989 xəstə evə buraxılıb.