Avropanın ən varlı adamı yenidən “ultravarlı” statusunu qazandı

02:20 01-06-2020 313

“Louis Vuitton Moët Hennessy” (LVMH) şirkətinin başçısı və Avropanın ən varlı adamı Bernar Arno "ultravarlı" statusunu yenidən qazanıb.

“Forbes Real Time” xəbər verir ki, onun sərvəti yenidən 100 milyard dollara çatıb.

2020-ci ilin 21-28 may ərzində onun sərvəti 8,1 milyard dollar artıb.

Mayın 31-dən bəri isə onun kapitalı 101 milyard təşkil edir.

“Forbes” həmçinin “Inditex” holdinqin (“Bershka”, “Zara”, “Pull & Bear”, “Massimo Dutti”, “Oysho” və başqa markalar daxil olmaqla) qurucusu və sahibi Amansio Orteqanı mayın son həftəsindəki ən varlı insanlar sırasına daxil edib. O, 4,9 milyard dollar qazanıb. İlk üçlüyə 3,9 milyard dollar qazanan investor Varren Baffett də daxil olub. Ümumilikdə, yeddi gün ərzində dünyanın 10 ən varlı iş adamı ümumi sərvətini 33,6 milyard artırıb.

Qeyd edək ki, Bernar Arnonun sərvəti 2019-cu ilin iyununda 100 milyard dolları keçmiş, 2020-ci ilin fevral ayında koronavirus pandemiyası səbəbiylə aşağı düşmüşdü.