Hamilə həyat yoldaşının gözü qarşısında başqa qadını amansızcasına döydü - VİDEO

02:40 01-06-2020 409

Rusiyanın Novorossiysk şəhərində kişi hamilə həyat yoldaşının və gəzməyə çıxdığı dostunun azyaşlı övladının gözü qarşısında tanımadığı qadını amansızcasına döyüb.

Video “Podyom” nəşrinin “Telegram” kanalında yayımlanıb.

Görüntülərdə asfaltın üzərinə uzanmış qadının qışqıraraq kömək istədiyi əks olunub.

Hadisəni törədən kişi isə qadından susmağı tələb edir. İlkin məlumata görə, döyülən qadının burnu və çənəsi sınıb.   

Hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır.