Azərbaycanda koronavirusla bağlı bu günə olan STATİSTİKA

23:40 01-06-2020 359

Bu gün Azərbaycanda koronavirusla bağlı 4 285 test edilib.

Məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) açıqlamasında yer alıb.

Bununla da yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə ümumilikdə 302 933 test aparılıb.

Ölkəmizdə bu günə kimi 5 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 508 nəfər müalicə olunaraq sağalıb, 68 nəfər vəfat edib.

Xəstələrdən 55 nəfərin vəziyyəti ağır, 69 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.