Deputat içməli su probleminə görə nazirə müraciət etdi

16:40 02-06-2020 443

“Azərbaycanda elə rayon, kənd, qəsəbə yoxdur ki, orada su problemi olmasın”. 

HerGun.Az-ın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib. 

Millət vəkili iclasda iştirak edən Maliyyə naziri Samir Şərifova müraciətində bildirib ki, Azərbaycanda içməli su probleminin həlli ilə bağlı dövlət başçısına məruzə etmək lazımdır. 

“Hazırda elə kənd var ki, orada yaşayan insanlar içməli su tapa bilmirlər. Bu problemləri həll etmək lazımdır”, - deyə V.Əhmədov əlavə edib. 

Aqşin Kərimov