Potensial təhlükəli asteroid Yerə yaxınlaşır

05:20 03-06-2020 383

Bəşəriyyət üçün potensial təhlükə olan futbol meydançası ölçüsündə asteroid Yer kürəsinə yaxınlaşır.

Bu barədə “Space Reference” məlumat yayıb.

2002-ci ildə aşkarlanan səma cisminə 163348 (2002 NN4) nömrəsi verilib. İyunun 6-da sözügedən asteroidin planetimizə minimal məsafəyə yaxınlaşması gözlənilir.

NASA-dan qeyd edilib ki, asteroid planetimizdən ayın orbitindən 13 dəfə daha uzaq məsafədən keçəcək.

Buna baxmayaraq, asteroid potensial təhlükəli hesab olunur. Çünki onun trayektoriyası Yerin orbiti ilə kəsişir.