MMA döyüşçüsü “bomj” olmaq planlarından danışıb - FOTO

04:20 04-06-2020 378

Qarışıq döyüş növləri (MMA) təmsilçisi Mariya Aqapova ABŞ-da karyerasına başladıqdan sonra “bomj” olmaq planlarından danışıb. Bu barədə o, News.ru saytına müsahibəsində etiraf edib.

23 yaşlı idmançının sözlərinə görə, ABŞ-da karyerasının əvvəli onun üçün çox çətin keçib. O, küçədə yaşamağa belə hazır olub. Hətta bununla bağlı plan hazırlayıb.

“Göyərçinləri öldürüb, ocaqda bişirməyi düşünürdüm. Qazaxıstana qayıtmaq barədə isə fikirləşmirdim”, - deyə idmançı bildirib.

Aqapova iyunun 13-də Mütləq Döyüş Çempionatında (UFC) debüt edəcək. Rəqibi braziliyalı Melissa Gatto olacaq.

Aqapovanın MMA-da səkkiz qələbəsi və bir məğlubiyyəti var.