Azərbaycanda iki vəzifəli şəxs pozuntulara görə işdən çıxarıldı

12:20 05-06-2020 323

Quba Rayonunda iki vəzifəli şəxs işdən azad edilib.

HerGun.Az-ın məlumatına görə, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin tapşırığına əsasən, rayonun Zərdabi və Talaqışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərində “DOST-İş” MMC xəttilə aztəminatlı vətəndaşların ödənişli ictimai işlərə cəlb olunması sahəsində şəffaflıq və ədalətlilik prinsiplərinə əməl olunması vəziyyəti yoxlanılıb.

Aparılan yoxlama zamanı ciddi pozuntular aşkarlanıb. 

Hər iki icra nümayəndəsi tərəfindən ödəmə kartlarının mənimsənilməsi, yaxın qohumlarının ödənişli ictimai işlərə cəlb olunması və digər hallar müəyyən olunub.

Zərdabi İƏD üzrə nümayəndə Nəcəfov Ramin Rasif oğlu və Talaqışlaq İƏD üzrə nümayəndə Heybətov Şahin Nizam oğlu tutduqları vəzifədən azad ediliblər.

Onların əməllərinə hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına müraciət olunub.

Məlumatı Quba Rayon İcra Hakimiyyətindən saytımıza təsdiq ediblər.