“Siti” azarkeşləri UEFA qərarına etiraz aksiyası ilə cavab verəcək

15:20 05-06-2020 323

“Mançester Siti” azarkeşləri klubun UEFA tərəfindən maliyyə “fair-play” qaydalarını pozmasına görə iki il müddətinə avrokuboklardan uzaqlaşdırılması qərarından sonra etiraz aksiyasına hazırlaşırlar.

Bu barədə “The Times” məlumat yayıb.

“Mançester Siti” azarkeşləri komandanın Çempionlar Liqasında Madrid “Real”ı ilə keçirəcəyi cavab qarşılaşmasında öz etirazlarını çatdırmaq niyyətində olsalar da, qarşılaşmanın boş tribunalar qarşısında keçirilməsi buna əngəl olub.

Bundan sonra etiraz aksiyasının başqa yerdə keçirilməsinə qərar verilib.