Azərbaycanlı aktrisa toy qiymətini endirdi - FOTO

21:20 05-06-2020 538

“Vicdan haqqı” serialında canlandırdığı “Larisa” obrazı ilə məşhurlaşan aktrisa Çimnaz Sultanova paylaşımı ilə gündəmə gəlib. 

HerGun.Az xəbər verir ki, cazibədar aktrisa sosial şəbəkədə karantindən sonra toy qiymətlərini endirdiyini açıqlayıb. Ç.Sultanova “Facebook” hesabında bu sözləri yazıb:

“Pandemiya dövrünü nəzərə alaraq, bütün tədbirlərə və reklamlara 50 faiz endirim etdik”.

Qeyd edək ki, populyar estrada müğənnisi Nura Suri də karantindən sonra toy qiymətlərində endirim edəcəyini açıqlayıb.

Rəşad Əliyev