Azərbaycanlı aktyor yarıçılpaq şəklini paylaşdı, evlilik təklifi aldı - FOTO

02:40 06-06-2020 487

Rusiyada yaşayan, aktyorluq və modellik fəaliyyətini uğurla davam etdirən əslən azərbaycanlı Anar Xəlilov paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.

HerGun.Az xəbər verir ki, aktyor rəngarəng güllər fonunda kamera önünə keçərək yarıçılpaq və seksual şəkillər çəkdirib.

Ehtiraslı fotosunu sosial media hesabında yayımlayan A.Xəlilovu izləyicilər təriflərə qərq ediblər. Aktyorun yarıçılpaq fotolarını görən xanım izləyicilər Anara evlilik təklifi ediblər.

Qeyd edək ki, Anar Xəlilov “Şukin Teatr İnstitutu”nun məzunu, Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın tələbəsidir. O, azərbaycanlı rejissor İlqar Safatın “İçəri şəhər” filmində rol alıb.

Xəlilov aktyorluqdan başqa, model kimi də fəaliyyət göstərir.

Rəşad Əliyev