Bakıda “Gelandewagen”in sürücüsündən ağlasığmaz hərəkət: Tıxacda qalmamaq üçün... - VİDEO

12:00 06-06-2020 411

Sosial şəbəkədə Bakıda yol hərəkəti qaydalarını pozan sürücünün görüntüləri yayılıb.

Avtosfer.az xəbər verir ki, sürücü tıxacda qalmamaq üçün ağlasığmaz hərəkət edib.

O, idarə etdiyi 99-TD-088 qeydiyyat nişanlı, “Mercedes Gelandewagen” markalı avtomobillə ayırıcı zolağın üzərindən əks istiqamətə keçərək, yolunu dəyişmək istəyib.

Bu zaman avtomobilin alt hissəsi ayırıcı zolağa ilişərək, qəribə manevri çətinləşdirib.