Xalq artisti Məleykə Əsədova: “Ürəyimdə problemlər yaranıb” - VİDEO

20:20 06-06-2020 629

“Ürəyimdə problemlər var. Dəfələrlə müayinələrdən keçmişəm. Səhhətimdə yaranan bu problem sənətimlə əlaqəlidir”.

HerGun.Az xəbər verir ki, bu sözləri Xalq artisti Mələykə Əsədova “Xəzər” televiziyasında yayımlanan “X maqazin” proqramına verdiyi müsahibəsində deyib.

Sənətçi sağlamlığında yaranan problemini səhnədə oynadığı çətin və mürəkkəb obrazları ilə əlaqələndirib:

“Çox çətin obrazları canlandırıram. Sənət üçün yaranmışam. Dünyamı dəyişənə kimi səhnədə olmaq istəyirəm. Çətin rolların öhtəsindən gəlmək üçün möhkəm ürək lazımdır. Amma ürəyim çox zəifləyib”.

Rəşad Əliyev