Tərtərdə narkotik satan və alıcısı saxlanıldı - FOTO

20:40 06-06-2020 45

Tərtərdə narkotik vasitə aşkar edilib

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan HerGun.Az-a bildirilib ki, daxil olmuş məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən Goranboy rayon sakini Etibar Əzizov saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı onun üzərindən bir ədəd kibrit qutusunda qablaşdırılmış qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Eyni zamanda E. Əzizovun narkotiki 40 manat müqabilində Gəncə şəhər sakini Rasim Talıbovdan aldığı müəyyən edilib.

Davam etdirilən tədbirlərlə R. Talıbov da saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı əlində daşıdığı sellofan torbadan iki kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı TərtərRPŞ-də araşdırmalar davam etdirlir.