Sumqayıtdakı kütləvi davada iki nəfər öldü, bir nəfər yaralandı
23:00 06-06-2020 555
Sumqayıtda kütləvi dava ölümlə nəticələnib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin 10-cu mikrorayon adlanan ərazisində yerləşən parkda olub.
Belə ki, bir neçə nəfər arasında düşən kütləvi dava zamanı üç nəfər bıçaqlanıb.
1988-ci il təəvəllüdlü Qasımov Zöhrab Vəli oğlu ölüb, onun qardaşı, 1989-cu il təvəllüdlü Qasımov Tofiq isə yaralanıb.
Bıçaq yarasından ölən digər şəxs isə 1989-cu il təvəllüdlü Rəhimov Namiq Tahir oğludur.