Venesiyada kanalda çimən turistlər cərimə edilib şəhərdən qovuldu

07:00 07-06-2020 336

İtaliyanın Venesiya şəhərində yerləşən kanalların birində çimən iki almaniyalı turist cərimə edilib və şəhərdən qovulub.

Bu barədə CNN telekanalı məlumat verib.

Qanunu pozan gənclərin hər biri 350 avro (təxminən 675 manat - red.) məbləğində cərimə edilib.

Xəbərdə qeyd olunur ki, bu cəza Venesiya şəhərinin kanallarında üzən bütün şəxslərə şamil edilir və koronavirusla əlaqədar tətbiq edilən məhdudiyyətlərlə bağlı deyil.