Azərbaycan idmanına itki üz verib

12:20 07-06-2020 453

Azərbaycan futbol ictimaiyyətinə ağır itki üz verib.

HerGun.Az xəbər verir ki, Əlillər Futbol Federasiyasının prezidenti Şaiq Həmidov vəfat edib. O, xərçəngdən əziyyət çəkirmiş.

9 oktyabr 1951-ci ildə Mingəçevirdə anadan olmuş Şaiq Həmidov 2018-ci ilin sonunadək Milli Paralimpiya Komitəsində vitse-prezident və baş katib vəzifələrində işləyib.

Həmçinin o, son vaxtlaradək AFFA nümayəndəsi kimi Premyer Liqa oyunlarına təyinat alırdı.

Allah rəhmət eləsin!