Evlənməyə hazırlaşan Tolik: “Dedi ki, qızla yola getməsən, biabır olarıq” - VİDEO

15:40 08-06-2020 589

“Bu gün şou-biznesdə yalançı toy edənlər çoxdur. Bir neçə aydan sonra boşanırlar, qız da bədbəxt olur. Kişi isə yenidən ailə qurur. Ailə quracağam. İstəyirəm ki, qızım olsun. Bu il qismət olsa, nişanlanaram. Xatirə İslam demişdi ki, səni evləndirəcəyəm. Bir həftədən sonra zəng edib dedi ki, səndən qorxuram, birdən qızla yola getməzsən, biabır olarıq. Dedim ki, o zaman gözlə, qızı özüm taparam”.

HerGun.Az xəbər verir ki, bu sözləri ötən həftə 40 yaşını qeyd edən prodüser Tarix Əliyev (Tolik) “Xəzər” telekanalında yayımlanan “Evdəkilərə salam” musiqili-əyləncəli proqramında deyib.

T.Əliyev çətin və keşməkeşli həyat yolundan söz açıb, səmimi etirafları ilə diqqət çəkib:

“Analığım Ceyran hər zaman qulluğumda olub. Onu ana kimi qəbul edirəm. Həmişə qayğımı çəkib. İlk dəfə bu barədə danışacağam. Bizi tanıyanlar var. Anam 25 il əvvəl Almaniyaya getdi. Bundan bir neçə il sonra atam Ceyranla ailə qurdu. Evimiz yox idi. Bəlkə başqası olsaydı, məni qəbul etməzdi. Böyük oğlan idim.

Ceyranın yataqxanada birotaqlı evi var idi. Mən, atam və Ceyran o evdə yaşayırdıq. Ceyran məni öz övladı kimi qəbul etdi. Amma indi atamın da öz evi var, hər şey yaxşıdır. Mən ögeylik hiss etmədim. Temperaturum olanda səhərə qədər o, yatmırdı. Mən elə böyümüşəm, bunları itirə bilmərəm. Anam bacımı götürüb getmişdi, mən tək qalmışdım.

Avtobusda konduktor da işləmişəm. Bunları danmıram. Onsuz da məni tanıyırlar. Deyə bilmərəm ki, cah-cəlal içərisində böyümüşəm. Dayım mağaza açmışdı, orada satıcı da işləmişəm. Restoranda işləyirdim, Aygün Kazımova ora gəlirdi. Heç vaxt ağlıma gəlməzdi ki, Aygün Kazımovanın qarşısına çay, qəhvə qoyan ofisiant vaxt gələcək, onun prodüseri olacaq”.

Qeyd edək ki, Tarix Əliyev (Tolik) 1998-ci ildə ailə qurub. Bir il sonra isə o, həyat yoldaşından ayrılıb.

Rəşad Əliyev