Azarkeşlər karantinə baxmayaraq, doğma klublarını tək qoymadılar - VİDEO

07:00 09-06-2020 610

Futbol üzrə Çexiya çempionatında keçirilən “Bohemians 1905” – “Sparta” oyununda maraqlı görüntülər qeydə alınıb.

“Championat” xəbər verir ki, meydan sahiblərinin arenaya buraxılmayan azarkeşləri oyuna nərdivanlarla gəliblər.

Stadionun hasarından klublarına dəstək verən azarkeşlərin fədakarlığı ətrafdakı insanların marağına səbəb olub.

Qeyd edək ki, oyun 0:1 hesabı ilə qonaq komanda “Sparta”nın qələbəsi ilə yekunlaşıb.