“Wolt” və Visa pulsuz çatdırılma kampaniyası ilə əməkdaşlığı elan etdi

17:00 09-06-2020 544

“Wolt” və Visa pulsuz çatdırılma kampaniyası ilə bağlı əməkdaşlığa başladığını elan edib. Əməkdaşlıq şəhərimizin ən dadlı restoranlarından “Wolt”dan sifariş olunmuş və Visa kartları ilə ödənilmiş sifarişlərdə pulsuz çatdırılma təklif edir.

17 apreldən başlayaraq “Wolt” və Visa Bakıda bütün bu kart sahibləri üçün pulsuz çatdırılma kampaniyasına başladı. Kampaniyanın şərtlərinə əsasən, istifadəçilər şəhərimizin ən dadlı restoranlarından “Wolt”dan sifariş olunmuş və Visa kartları ilə ödənilmiş sifarişlərdə pulsuz çatdırılmadan yararlana bilər. Visa kartı ilə ödəniş edən bütün istifadəçilər üçün çatdırılma haqqı bonus şəklində Wolt hesabına qaytarılır və növbəti sifarişlərdə endirim kimi istifadə oluna bilər.

Çatdırılma haqqı Wolt hesabına sifariş müştəriyə çatdırıldıqdan dərhal sonra əlavə olunur.

Bonuslar əldə olunduğu gündən sonra 14 gün ərzində istifadə oluna bilər. 

Visa şirkətinin Qafqaz regionunda meneceri Kristina Doros deyib: “Sadə addımlar ilə biz istifadəçilərə nağdsız ödənişlərin üstünlüklərini göstərə və həmçinin, nağdsız ödənişlərin ümumi inkişafını və müştərilərin onlara güvənini gücləndirə bilərik. Çatdırılma xidmətlərinə olan tələbatın artdığını nəzərə alaraq, biz “Wolt” ilə birləşib Visa kart sahiblərinə pulsuz çatdırılma kimi əlavə dəyəri təqdim etməyi qərara aldıq. Bu şəkildə biz çatdırılma xidmətini daha da populyar və əlçatan edirik”. 

“Wolt” şirkətinin Baş Meneceri Fuad Babayev qeyd edib: “Biz daima xidmət səviyyəmizi təkmilləşdirmək və istifadəçilərimizə ən sərfəli təklifləri təqdim etmək üçün çalışırıq və bu səbəbdən Visa ilə pulsuz çatdırılma kampaniyasına başladığımıza çox şadıq. Kampaniyaya əsasən, Visa kartları ilə ödəniş edən bütün müştərilər sifarişdən sonra çatdırılma haqqını “Wolt” hesablarına geri alacaq və növbəti sifarişlərdə endirim kimi istifadə edəcək. Biz pandemiya şərtlərində sürətlə dəyişən vəziyyətə uyğunlaşmaq üçün əzmkarlıqla çalışırıq və əminik ki, pulsuz çatdırılmadan əlavə, bu kampaniya insanların evdə qalaraq nağdsız ödənişlərdən yararlanaraq, onların təhlükəsizliyini təmin etməkdə köməklik göstərəcək”.