İngiltərə klubunun baş məşqçisi koronavirusa yoluxdu

10:40 10-06-2020 495

İngiltərənin “Stok Siti” futbol klubunun baş məşqçisi Maykl O'Nil koronavirusa yoluxub.

“RİA Novosti” xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

Qeyd olunur ki, 50 yaşlı mütəxəssisin koronavirusla bağlı ilk beş testi mənfi nəticə vermişdi.

Özünütəcrid rejiminə keçən Maykl O'Nil klubla videoəlaqə vasitəsilə ünsiyyət qurur.

Xatırladaq ki, “Stok Siti” klubu hazırda İngiltərənin ikinci divizionu olan Çempionşipdə mübarizə aparır.