Ən perspektivli rusiyalı model yeni çəkilişi ilə heyran etdi – FOTO/VİDEO

04:40 11-06-2020 646

“Forbes”un “30 yaşdan kiçik ən perspektivli ruslar” siyahısına daxil edilən supermodel Alesya Kafelnikova yeni paylaşımı ilə diqqətləri üzərinə toplayıb.

Lenta.ru-nun məlumatına görə, model at belində çəkdirdiyi foto və videosunu “Instagram” hesabında paylaşıb.  

Yeni görüntülər qısa müddətdə 15 mindən artıq bəyənmə toplayıb.

Pərəstişkarları modelin xarici görünüşündən heyranlıqlarını gizlətməyiblər.

Xatırladaq ki, Alesya Kafelnikova məşhur rusiyalı tennisçi Yevgeni Kafelnikovun qızıdır.