İradəsini nümayiş etdirmək istəyən gənc 37 kq arıqladı

05:40 11-06-2020 539

Hindistanın Karnataka ştatında yaşayan Suşant Srivastava bir il ərzində 37 kq arıqlamasının sirləri barədə danışıb.

Onun hekayəsini “Times of India” paylaşıb.

22 yaşlı tələbə artıq çəkisi ilə bağlı ətrafdakıların onun lağa qoymasından və ya nəsihət verməsindən çox kədərləndiyini etiraf edib.

Çəkisi 115 kq-a çatdıqda Srivastava daha yaxşı görünmək və onu incidənlərə iradəsini nümayiş etdirmək üçün arıqlamağa qərar verib.

O, sağlam qidalanmağa və onlayn məşq proqramından istifadə etməklə idmanla məşğul olmağa başlayıb.

Srivastava “fast food” və yüksək kalorili qəlyanaltıları qatıq, yumurta və qrildə bişirilmiş toyuqla əvəzləyib. Təlimdən sonra isə evdə hazırlanmış protein smuzisi içib. Bununla belə o, həftədə bir dəfə özünə zərərli yeməklərdən istifadəyə izn verir.

Hindistanlı gənc arıqlamağın əsas sirrinin davamlılıq və metodikada olduğunu bildirib:

“İnsanların çoxu fitneslə məqsədlərinə çata bilmirlər, çünki başlarına bir möcüzənin gəlməsini gözləyirlər. Ancaq çəki itirmək hər zaman maraqlı proses olmaya bilər. Hətta bir xətt üzrə getmir: əvvəlcə bir az çəki atırsan, sonra yığırsan, sonra yenidən arıqlayırsan və bu, mütəmadi olaraq təkrarlanır”.

Srivastava əlavə edib ki, hər dəfə təslim olmaq istədikdə, nəticəyə və keçdiyi çətin yola nəzər salır və fikrini dəyişir.