Futbolçunun üzünə silah dirəyib, bahalı saatını oğurladılar

07:00 11-06-2020 443

İtaliyanın “Milan” klubunun futbolçusu Samuel Kastilyexo sükan arxasında olarkən silahlı hücuma məruz qalıb.

Bu baradə “MilanNews” məlumat yayıb.

Cinayətkarlar işıqforda yaşıl işığın yanmasını gözləyən futbolçuya yaxınlaşaraq, tapançanı onun üzünə dirəyiblər.

Silahlı şəxslər idmançının bahalı saatını oğurlayıb, hadisə yerindən uzaqlaşıblar.

İspaniyalı yarımmüdafiəçi S.Kastilyexo 2018-ci ildə çıxış etdiyi “Vilyareal” klubundan “Milan”a transfer olub.