Azərbaycanda “Formula 1” yarışı ləğv olundu - İDDİA

09:40 11-06-2020 468

2020-ci ilin “Formula 1 Azərbaycan Qran Prisi” ləğv olunub.

HerGun.Az xəbər verir ki, bu iddia ilə “F1news” saytı çıxış edib.

Müəllifin fikrincə, müvafiq qərar artıq qəbul edilib. Yaxın vaxtda təşkilatçıların bu qərarı rəsmi şəkildə açıqlayacağı iddia olunur.

Qeyd edək ki, “Formula 1” rəhbərliyi ilə Bakı Şəhər Halqasının (BŞH) əsas fikir ayrılığı Azərbaycandakı yarışın tamaşaçısız keçirilməsi ilə bağlı idi. BŞH yarışı tamaşaçıların iştirakı ilə keçirmək istəyirdi.

Səbuhi Musayev