17 ildir oğlunu görə bilməyən azərbaycanlı müğənni: “Daxmada yaşayıb, ona BMW və ev alacağam” - VİDEO

16:20 11-06-2020 645

“Oğlum Murad canlı efirə zəng edib, üç kəlmə sözü deyə bilmir. Amma “Instagram”da dağ boyda mesaj yazır. Səni qorumaq üçün efirdə ehtiyatla danışdım. Mən də qadınam, qürurum var. Niyə sənin bibin Elmira məni sındırmalıdır? Kimdir axı o? Qardaşının çörəyi ilə öz övladını və oğlumu böyütdün. Sən də bir çox qadınlar kimi əziyyətlə işləyib, qaldığın evin kirayə pulunu necə verəcəyini fikirləşərdin. Analar var ki, çöllərdə qalır, amma uşaqlarını əziyyət çəkib birtəhər dolandırırlar. O mesajları Murad yazmayıb. Həmin mesajları 12 ildir mənə kin saxlayan bir qadın (Elmira - red.) yazıb. Bu mesajlarla demək istəyir ki, əl çək bu uşaqdan”.

HerGun.Az xəbər verir ki, bu sözləri şou-biznesdə Dana təxəllüsü ilə tanınan müğənni Dürdanə ATV telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramında qonaq olarkən deyib.

Sənətçi ona oğlundan gələn mesajları Muradın adından Elmira adlı baldızının yazdığını iddia edərək, qalmaqallı açıqlamalar verib:

“Elmira, üzümü sənə tuturam. Mənə etdiklərin qabağına çıxsın. Uşağımla məni sınağa çəkdiyin üçün Allah da səni öz övladınla sınağa çəksin. Muradla mənə dağ çəkirsən. Lap gecikmiş məhəbbətim olsun. Murada ev alacağam. Arzusu BMW markalı avtomobildir. Onu da alacağam. Daxmada yaşayacağam. Murad, sənin üçün o şəraiti quracağam. Hansı kı, o gələcəyi sənə bunlar verə bilməyəcək.

Makaron yedirərək, uşağa gələcəyi o zaman vermək olar ki, ona məhəbbət verib, başına ağıl da qoyasan. Oğlumu şişirdib pəhləvan etməklə deyil. Onun daxili boşdur. Oğlumu sabah evləndirəndə nə edəcəksən? Həyat yoldaşından da ayıracaqsan? Bu gün ətlə dırnağın arasına girmisən. Millət səndən ağıllı çıxış yolu gözlədi. Dediklərini desən də, yazdığın mesajda səhv olduğunu bir daha sübüta yetirdin.

Məhkəmələrdə uduzmamışam. Yazmısan ki, ana kimi məğlub olmusan. Ana məğlub olmur! Ana anadır. Ananı seçmirsən. Ananın bətnində doqquz ay yaşayırsan.

Murad, deyirsən ki, 18 yaşım olandan sonra qapını açıb gedəcəyəm. Sən qapını açıb gedəndə bir nəfəri sənin arxanca göndərəcəyəm. Oğlum hünərli ola bilər, amma belə bir mühitdə böyüyüb... Sən hələ hazır deyilsən küçəyə təkbaşına çıxmağa”.

Qeyd edək ki, müğənni Dürdanə canlı efirə gələrək, baldızının ailəsinin 17 ildir oğlunun onunla görüşməsinə icazə vermədiyini bildirib.

Rəşad Əliyev