Eduard Məmmədovun tələbəsinə hərbi bilet verildi - FOTO

17:20 11-06-2020 404

Kikboksinq üzrə dünya və Avropa çempionu Eduard Məmmədovun tələbəsi Nərmin Ağayeva hərbi bilet alıb.

Bu barədə HerGun.Az-a idmançının özü xəbər verib:

“Bütün tibb işçilərinə hərbi bilet verilir. Mənə də bu gün Nərimanov Rayon Hərbi Prokurorluğundan hərbi bilet təqdim olundu”.

Koronavirusla mübarizə üçün xəstəxanalardan birində tibb bacısı kimi könüll işləmiş Nərmin Ağayeva artıq iş yerini dəyişdiyini bildirib:

“Məşqlərlə əlaqədar olaraq ordan ayrılmalı oldum. İndi çalışdığım xəstəxanada koronovirus xəstələri yoxdur”.

Səbuhi Musayev