Məşhur rusiyalı aktyoru azərbaycanlı vəkil müdafiə edəcək - FOTO

19:40 11-06-2020 672

Rusiyalı aktyor Mixail Yefremovu vəkil Elman Paşayev müdafiə edəcək.

Bunu “Trend”ə açıqlamasında Beynəlxalq Hüquq Firması ELMAN GROUP-un ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Turan İbrahimov (keçmiş televiziya aparıcısı) deyib.

Tərəflər bu gün müqavilə imzalayıblar.

Qeyd edək ki, iyunun 8-də Moskva vaxtı ilə saat 23:00 radələrində Moskvanın mərkəzindəki Smolenskaya meydanında aktyor Mixail Yefremovun iştirakı ilə qəza baş verib. Qəza nəticəsində bir nəfər ölüb.

“Jeep Grand Cherokee” markalı avtomobili idarə edən Yefremov qarşıdakı zolağa çıxaraq “Lada” markalı maşınla toqquşub. Yefremov avtomobildə tək olub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan “Lada” sürücüsü xəstəxanaya yerləşdirilib. Daha sonra həmin şəxs xəstəxanada ölüb. Hadisə zamanı aktyor sərxoş olub.