Müdafiə Nazirliyi: “Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yolları nəzarətə götürmüşük”

20:20 11-06-2020 498

“Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar tərəfimizdən nəzarətə götürülüb”.

Bu fikir Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaydığı bəyanatda əks olunub. 

Bəyanatda deyilir:

“Strateji cəhətdən əlverişli vəziyyətimiz düşməni xeyli vəsait xərcləyərək yeni yollar çəkməyə məcbur edir. Azərbaycan Ordusunun silahlanmada olan atəş vasitələri düşmənin bütün əməliyyat dərinliyindəki hərbi infrastrukturunu məhv etmək imkanına malikdir”.