Teledərslər yeni formatda başlayır

01:20 12-06-2020 307

İyunun 12-dən “Mədəniyyət” telekanalında teledərslərin yeni formatda yayımına başlanılır.

Təhsil Nazirliyindən verilən məlumata görə, teledərslər “İnteqrativ dərslər” formatında təqdim olunacaq.

Dərslər həftəiçi hər gün saat 09:30-dan 12:00-dək yayımlanacaq.

Qeyd edək ki, COVID -19 pandemiyası ilə əlaqədar ümumi təhsil müəssisələrinin şagirdləri üçün martın 11-dən etibarən yayımlanan “Dərs vaxtı” proqramı bu gün yekunlaşıb. Bu proqram vasitəsilə ümumi təhsil müəssisələrində təhsil alan 1,6 milyon şagird tədrisə cəlb olunub. Tədris ilinin sonunadək təqdim edilən teledərslərin ümumi sayı 2 124 təşkil edib.