Təbii görünmək üçün 47 plastik əməliyyatdan keçdi - FOTO

07:20 12-06-2020 528

Amerikalı qadın təbii görünüşə sahib olmaq üçün 47 plastik əməliyyat keçirib. O,  “Ginnesin Rekordlar Kitabı”na düşsə də, bundan çox utanır. Bu barədə “Daily Mirror” xəbər yayıb.

Sindi Cekson adlı qadın “eybəcərlər sirkinin” üzvü kimi ad çıxarmaq istəmədiyini deyib. 
1987-ci ildən etibarən qadın 14 dəfə plastik cərrahın bıçağı altına uzanıb. 2005-ci ildə o, ən çox kosmetik prosedurdan keçən insan kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Ceksonun iddiasına görə, həmin vaxtdan sonra daha bir neçə prosedur həyata keçirib, ancaq onları elan etmək istəmir və rekordçu titulunun başqasına veriləcəyinə ümid edir. 

“Hər zaman təbii görünüş arzusunda olmuşam. Mənim nəzərimcə, əgər əməliyyatın nəticəsi mümkün qədər təbii görünməsə, bu, uğursuzluqdur”.

Qadın yeni titulun sahibi kimi braziliyalı Rodriqo Alvesin adını çəkib.