Deputatdan nazirə SUAL: “Məsuliyyət daşıdığınızı qəbul edirsiniz?!”

13:40 12-06-2020 336

Milli Məclisin iclasında deputat Razi Nurullayev 2019-cu ilin dövlət büdcəsinin icrası barədə hesabatın müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifova sual ünvanlayıb.

HerGun.Az-ın xəbərinə görə, R.Nurullayev sualının həm də Mərkəzi Bankın sədri Elman Rüstəmova verildiyini bildirib.

“Samir müəllim, manatın dəyərdən düşməsində, maliyyə sistemimizin, ölkəmizin sosial-iqtisadi inkişafının ciddi ləngiməsində məsuliyyət daşıdığınızı qəbul edirsinizmi?”, - deyə R.Nurullayev bildirib.  

Deputat daha sonra əlavə edib:

“O zamanın və bu günün maliyyə naziri kimi, sizin məsuliyyətiniz və günahınız olmayıbmı?”

Aqşin Kərimov